Bələdiyyə sədri   məsuliyyətə cəlb edildi
22 iyul 2023 09:24 (UTC +04:00)

Bələdiyyə sədri məsuliyyətə cəlb edildi

Yardımlıda su hövzəsinin kənarında məişət tullantılarının qalaqlanması hallarına görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib.

Ətraf mühitin mühafizəsi tədbirlərinin daha da gücləndirilməsi, sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması məqsədilə Yardımlıda polis əməkdaşları nəzarət tədbirləri keçirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, bu zaman Yardımlı şəhəri ərazisində məişət tullantılarının su hövzəsinin kənarında qalaqlanması, ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

Aşkar olunmuş faktla bağlı ərazi üzrə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 264.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) maddəsi ilə protokol tərtib olunaraq aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1701
avatar

Oxşar yazılar