Belçikada itkin düşən Azərbaycan vətəndaşı Nizami Məmmədovun yeri müəyyən edilib.
Lent.az-ın xəbərinə görə, bu barədə APA-ya Azərbaycanın Belçikadakı Səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, 5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Nizami İbrahim oğlu Məmmədovun qohumları tərəfindən onun Belçikanın Brüssel şəhərində olduğu və yardıma ehtiyac duyduğu barədə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinə məlumat daxil olub.
"Bununla bağlı səfirlik tərəfindən N.Məmmədov ilə telefonla dərhal əlaqə saxlanılıb, may ayının 6-da onunla səfirlikdə görüş keçirilib, ona müvafiq dəstək göstərilib. Onun davranışı və danışıq tərzi onu deməyə əsas verib ki, həmin vaxtı o, psixoloji cəhətdən əsəbi və həyəcanlı idi. Söhbət zamanı N.Məmmədov səfirlik əməkdaşlarına bildirib ki, o, qohumlarının yanına, Azərbaycana qayıtmaq istəmir" səfirliyin məlumatında deyilir.