BDU-da QANLI OLAY:  Rektorun müşaviri və komendant bıçaqlandı-YENİLƏNİB
27 iyul 2021 15:44 (UTC +04:00)

BDU-da QANLI OLAY: Rektorun müşaviri və komendant bıçaqlandı-YENİLƏNİB

Bakı Dövlət Universitetində (BDU) bu gün bıçaqlanan rektor müşaviri və komendantın vəziyyəti normaldır.

Lent.az xəbər verir ki, bu barədə BDU-nun mətbuat katibi Günel Orucəliyeva bildirib. 

O qeyd edib ki, hazırda onlar həkim nəzarəti altındadır. 

Məlumatda qeyd olunub ki, bu gün saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.

Xəsarət alan hər 2 şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə təqsirli bilinən Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

saat 14:45

Daxili İşlər Nazirliyi (DİN) BDU-da baş verən bıçaqlanma hadisəsi barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, BDU əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevi bıçaqlamaqda şübhəli bilinən, həmin universitetin əməkdaşı paytaxt sakini İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır. 

***

saat 14:27

Bakı Dövlət Universitetində bıçaqlanma olub.

Lent.az xəbər verir ki, hadisə bu gün baş verib. BDU rektorunun Maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və universitetin komendantı bıçaqlanıb. Hadisənin İsmixan adlı şəxs tərəfindən törədildiyi bildirilir. /unikal.org/

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12412

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15