Bazarda  elektrik kabeli qırıldı:   20-dən çox adam öldü
02 fevral 2022 19:39 (UTC +04:00)

Bazarda elektrik kabeli qırıldı: 20-dən çox adam öldü

Kinşasada (Konqo Demokratik Respublikasının paytaxtı) bazarda elektrik kabelinin qırılıb düşməsi 26 nəfərin ölümünə səbəb olub.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, hadisənin şəhərin kənarında baş verdiyi bildirilir.

Yüksək gərginlikli kabel qırılaraq bazarın və ona bitişik evlərin üzərinə düşüb. Vəziyyəti daha da pisləşdirən isə son yağışdan sonra küçədəki arxları külli miqdarda dolduran su olub. Qısaqapanma zərərçəkənlərin əksəriyyətinin ölümünə səbəb olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2709
avatar

Oxşar yazılar