Gəncədə Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşı Pərviz İsgəndərov müalicə aldığı xəstəxanada vəfat edib.
Lent.az-ın məlumatına görə, 38 yaşlı Pərviz İsgəndərov sentyabrın 25-də yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişəndə yıxılaraq xəsarət alıb.
O, ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalarının birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.