Baxçada azyaşlını qaynar su ilə  yandırdılar
16 dekabr 2023 14:55 (UTC +04:00)

Baxçada azyaşlını qaynar su ilə yandırdılar

Yaroslavl vilayətində uşaq bağçasında körpə qaynar su ilə yanıq xəsarəti alıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Rıbinskdə baş verib. Valideynlərin sözlərinə görə, hadisə baş verən gün müəllim uşağı yuyub və bədənində “bez səpgiləri və bir növ yaşlıq” görüb. Daha sonra müəssisəyə gələn ata uşağın bədənində yanıq izləri aşkar edib. Eyni zamanda 3 yaşlı uşaq yeriməkdə çətinlik çəkib.

Valideyn dərhal tibb məntəqəsinə müraciət edib və orada uşağa qaynar su ilə omba nahiyəsinin termiki yanığı diaqnozu qoyulub. Zərərçəkən xəstəxanaya yerləşdirilsə də, valideynlərinin xahişi ilə təxminən bir həftə sonra xəstəxanadan buraxılıb.

Oğlanın anasının bildirdiyinə görə, uşaq otura və yata bilmir, həmçinin yeməkdən imtina edir.

Uşaq bağçası günahı boynuna almır. Rayon prokurorluğu vəziyyətlə maraqlanıb. Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3504
avatar

Oxşar yazılar