Moskvada rusiyalı basketbolçu Aleksey Şvedin döyülməsində şübhəli bilinən dördüncü şəxs saxlanılıb.
Lent.az-ın Rusiya mediasına istinadən məlumatına görə, davanın 3 iştirakçısı onlardan birinin sürücüsü Ramzin Əmirslanovun Yusifin əleyhinə ifadə verib. Hazırda müstəntiqlər həmin şəxslə işləyir.
Bundan əvvəl, mayın 5-də Moskva məhkəməsi Şvedi döyməkdə şübhəli bilinən üç nəfəri həbs edib. 20 yaşlı Knyaz Əmirslanov, onun 17 yaşlı qardaşı Ramzin və 19 yaşlı Qleb Pisarev iyulun 2-dək istintaq təcridxanasına göndərilib.
Təqsirləndirilən şəxslərə Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (“Bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zor tətbiq etməklə xuliqanlıq”) ilə ittiham irəli sürülüb.
Mayın 2-də OMİK basketbol klubuunun müdafiəçisi Aleksey Şved restoranda səs-küy salan qrupa irad tutub. Dava nəticəsində o, xəsarət alıb.