Baş Prokurorluğun orijinal "İnstagram" səhifəsini belə təyin edəcəksiniz
21 yanvar 2021 09:30 (UTC +04:00)

Baş Prokurorluğun orijinal "İnstagram" səhifəsini belə təyin edəcəksiniz

Baş Prokurorluğun daha bir sosial şəbəkəsi rəsmi olaraq təsdiqlənib.

Qurumdan Lent.az-a verilən xəbərə görə, yanvarın 21-də Baş Prokurorluğun "İnstagram" səhifəsi – (link: https://www.instagram.com/prokurorluq/) rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib.

Xatırladaq ki, hazırda sosial şəbəkələr informasiya mübadiləsində ən önəmli vasitələrdən birinə çevrilib.
Baş Prokurorluğun mətbuat xidməti tərəfindən prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək üçün facebook, instagram, twitter, youtube, telegram sosial şəbəkələrindən istifadə olunur.

Ötən il noyabrın 26-da isə Baş Prokurorluğun "Facebook" səhifəsi – (link: https://www.facebook.com/prokurorluq/) rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib.
“Verified Page”, yəni təsdiqlənmiş səhifə mənasını bildirən mavi nişanın köməyi ilə orijinal səhifənin saxta səhifələrdən ayırd edilməsidir.
Məsələ ilə bağlı Baş Prokurorluğunun Mətbuat xidməti ilə əlaqə saxlayan zaman qurumdan "Facebook" və “İnstagram” səhifələrinin rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənmələrinə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən köməklik edildiyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1160

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15