Baş Prokurorluğun mətbuat xidmətinə yeni əməkdaş təyin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən Suraxanı rayon prokurorunun köməkçisi Pərvin Bağırova bu vəzifəyə təyinat alıb.