Rusiyanın Çelyabinsk vilayətində Daxili İşlər Nazirliyinin vilayət üzrə Baş İdarəsinin polis rəisinin keçmiş müavini xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, şübhəli şəxs 2021-ci ilin dekabrından 2023-cü ilin martına qədər reseptlə satılan dərmanların qanunsuz istehsalının qarşısının alınması üçün tədbirlər görmədiyi üçün əczaçılıq şirkətinin təsisçisindən vasitəçi vasitəsilə azı 700 min rubl məbləğində rüşvət alıb.
Cinayəti Federal Təhlükəsizlik Xidmətinin Çelyabinsk vilayəti üzrə əməkdaşları aşkar ediblər.
İstintaq Komitəsinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış aparıb və şübhəlinin əmlakını müsadirə ediblər. Hazırda qabaqlayıcı tədbirin seçilməsi məsələsi həll edilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin digər qanunsuz epizodlarda əli olub-olmadığını yoxlayır və lazımi sübutlar toplayır.