Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları daxil olmuş məlumatlar əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər.
DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, nəticədə Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Ələsgərlidən “Makarov” markalı tapança, E.Mürşüdovdan “Naqan” tipli tapança, R.İsmayılovdan isə “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 7 ədəd patron və 1 ədəd səsboğucu aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb.