Balakəndə iki maşın toqquşdu: ərlə arvad yaralandı -  FOTO
30 oktyabr 2021 21:08 (UTC +04:00)

Balakəndə iki maşın toqquşdu: ərlə arvad yaralandı - FOTO

0

Balakən rayonunda avtomobil qəzası nəticəsində bir neçə nəfər xəsarət alıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu  Qazbinə kəndindən keçən hissəsində qeydə alınıb.

41 yaşlı Balakən rayonu, Hənifə kənd sakini Elçin Çingiz oğlu Şirinovun idarə etdiyi "Mercedes" markalı  08 BX 909 dövlət nömrə nişanlı minik avtomobili ilə  rayonun Mahamalar kənd sakini 59 yaşlı Kazım Şəmsəddin oğlu Osmanovun idarə etdiyi "VAZ-2107" markalı 08 BF 781 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan E. Şirinov, K. Osmanov və K. Osmanovun avtomobilində sərnişin qismində olan onun həyat yoldaşı 54 yaşlı Xanım Ömər qızı Osmanova  Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2326

Oxşar yazılar