Balakəndə fərdi yaşayış evi yanıb.
Lent.az-ın məlumatına görə, gecə saat 02 radələrində rayonun Katex kəndində, kənd sakini Yaşar Afzarova məxsus, ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli 2 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları tam yanıb.
Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov