Balakəndə bir gecədə iki mağaza qarət edildi  - FOTO
06 sentyabr 2022 08:43 (UTC +04:00)

Balakəndə bir gecədə iki mağaza qarət edildi - FOTO

Balakəndə bir gecədə iki mağazadan oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkənlər onlara məxsus obyektlərdən ümumilikdə 1100 manat pulun, eləcə də danışıq kartlarının və mobil telefonun oğurlandığını bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, məlumat daxil olan kimi polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və ilkin araşdırmalar zamanı cinayətlərin eyni şəxs tərəfindən törədildiyi müəyyən olunub.

“İsti izlər”lə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən rayon sakini İzzət Məsiyev saxlanılıb.

Saxlanılan şəxs ifadəsində törətdiyi cinayətləri edib və oğurladıqları onun yaşadığı evdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Qeyd edilən faktlarla bağlı Balakən rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb,istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1643

Oxşar yazılar

Sumqayıtda yola mənşəyi naməlum maddə dağıldı

Sumqayıtda yola mənşəyi naməlum maddə dağıldı

11 may 2025 , 18:43
Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü -YENİLƏNİB -VİDEO

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü-YENİLƏNİB-VİDEO

11 may 2025 , 14:16
Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04