"Baku Steel Company”nin rəhbəri barədə həbs qərarı verildi
01 fevral 2021 05:24 (UTC +04:00)

"Baku Steel Company”nin rəhbəri barədə həbs qərarı verildi

Səbail Rayon Məhkəməsində "Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

APA xəbər verir ki, keçirilən prosesdə təqdimat təmin edilib.

Qərara əsasən, R.Məmmədov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Məmmədov barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2187
avatar

Oxşar yazılar