Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının rayon ərazisində yaşayan və evdə müalicə alan koronavirus xəstələrini yoxladığı zaman rayonun Sadavat kənd sakini Tahir Əhmədovun yaşadığı ünvanı tərk etdiyi məlum olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, T.Əhmədovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə alsa da o, qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və Bakı şəhərinə getmək istəyərkən saxlanılıb. Koronavirus xəstəsi yaşadığı evə geri qaytarılıb.
İnfeksiyanın yayılmasına şərait yaradan və digərlərinin də sağlamlığını təhlükə altında qoyan T.Əhmədov barəsində Ağdaş rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.