Bakının Nərimanov rayonunda ümumi sahəsi 100 m² olan polietilen istehsalı sexində karton tullantıları 4 m² sahədə yanıb.
Lent.az FHN-ə istinadla bildirir ki, yüksək temperaturdan lambirindən ibarət tavan 4 m² sahədə əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Sex və orada olan dəzgahlar yanğından mühafizə olunub.
Yanğın söndürülüb.