Polisin tapdığı pul sahibinə qaytarılıb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, 10 000 manat itirən vətəndaş məlumatı mətbuatda oxuduqdan sonra polis əməkdaşlarına idman arenasında yaxınlaşıb.
Həmin vəsait tam həcmdə aktlaşdırılaraq Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən sahibinə qaytarılıb: "Həmin pul vəsaiti bir neçə şəxsin əməkhaqqı məvacibi olub".
***
Saat 21:00
Bakının Səbail rayonunda yerləşən Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10 000 manat pul tapıblar.
Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev feysbuk hesabında paylaşım edib.
“Xahiş edirik pul itirən hansısa iştirakçı varsa, yaxınlıqda olan polis əməkdaşlarına məlumat versinlər” - qurum rəsmisi paylaşımında bildirib.