Azərbaycanda AĞIR QƏZA:  Traktorla minik maşını toqquşdu, baba və nəvə öldü -YENİLƏNİB
08 yanvar 2025 13:38 (UTC +04:00)

Azərbaycanda AĞIR QƏZA: Traktorla minik maşını toqquşdu, baba və nəvə öldü -YENİLƏNİB

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Tərtərdə biri azyaşlı olmaqla, iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

İdarədən Lent.az-a verilən məlumata görə, ötən gün saat 22 radələrində Tərtər rayonunun Güləbatlı kəndi ərazisində kənd sakini Xəqani Aydınovun idarə etdiyi traktorla rayonun Səhləbad kənd sakini Ədalət Həsənəliyevin sürücülük hüququ olmadan idarə etdiyi VAZ markalı avtomobil toqquşub.

Qəzadan sonra traktorun sürücüsü hadisə yerini tərk edib, Ədalət Həsənəliyev, eləcə də onun 2023-cü il təvəllüdlü qız nəvəsi və qohumu Zəhra Məmmədova isə xəstəxanaya yerləşdirilib.

Görülən tədbirlərə baxmayaraq Ə.Həsənəliyev və onun azyaşlı nəvəsinin həyatını xilas etmək mümkün olmayıb.

Traktorun sürücüsü X.Aydınov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

"Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xüsusilə günün qaranlıq vaxtı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, bununla yanaşı sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxslərin bir ailənin faciəsi ilə nəticələnən sözügedən hadisədən düzgün nəticə çıxarmağa çağırır.

Unutmayaq ki, sükan arxasında səhlənkarlıq, çox zaman bərpası mümkün olmayan itkilərə yol açır!", məlumatda deyilir.

***

09.41

Tərtərdə traktorla minik maşını toqquşub.

Lent.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Hümbətli kəndində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Xəqani Aydınovun idarə etdiyi "Belarus 82" markalı traktor ilə Ədalət Həsənəliyevin idarə etdiyi "VAZ 2101" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ 2101"də olan 1971-ci il təvəllüdlü Ə.S.Həsənəliyev və 2023-cü il təvəllüdlü sərnişin Asya Həsənəliyeva almış olduqları xəsarətlərdən xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Digər sərnişin Zəhra Məmmədova tibb müəssisəsinə yerləşdirilib.

Yol-nəqliyyat hadisəsinin baş verməsindən sonra hadisə yerindən qaçan "Belarus 82" markalı traktorun sürücüsü Xəqani Aydınov əməliyyat- axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4218

Oxşar yazılar

Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15
Maşın çaya düşdü, 4 prokurorun meyiti  tapıldı

Maşın çaya düşdü, 4 prokurorun meyiti tapıldı

18 iyul 2025 , 18:17
12 supermarketdə  narkotik tərkibli banan   tapıldı

12 supermarketdə narkotik tərkibli banan tapıldı

18 iyul 2025 , 17:48