“Mançester Yunayted” Diallo ilə  yeni müqavilə   imzalamağa yaxındır
08 yanvar 2025 18:18 (UTC +04:00)

“Mançester Yunayted” Diallo ilə yeni müqavilə imzalamağa yaxındır

0

İngiltərənin "Mançester Yunayted" klubu komandanın 22 yaşlı cinah oyunçusu Amad Diallo ilə yeni müqavilə imzalamağa yaxındır. 

Lent.az bildirir ki, bu barədə məşhur jurnalist və insayder Florian Plettenberq X sosial şəbəkəsində (keçmiş Twitter) xəbər verir.

Mənbənin məlumatına görə, danışıqlar yekunlaşmaq üzrədir və Amad tezliklə yeni müqavilə imzalayacaq. 

Diallo 2021-ci il fevralın 18-də “Mançester Yunayted”də debüt edib. Bu mövsüm cinah hücumçusu "qırmızı şeytanlar"ın heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

Futbolçunun “Mançester Yunayted” ilə müqaviləsi 2025-ci il iyunun sonuna kimidir. 

Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 25 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1907

Oxşar yazılar