Bakıda qadın evi talan etdi
08 yanvar 2025 12:09 (UTC +04:00)

Bakıda qadın evi talan etdi

Nizami rayonunda oğurluq və dələduzluq edənlər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nizami rayonunda yerləşən evlərin birindən oğurluq edilməsi və nəticədə zərərçəkənə ümumilikdə 6850 manat maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.

Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 46 yaşlı M.Teymurova saxlanılıb.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 5695 manatını dələduzluq yolu ilə ələ keçirən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ş.Bəyəliyevin saxlanılması təmin edilib.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1251
avatar

Oxşar yazılar