Azərbaycan onu  Monako Knyazlığına təhvil verdi
08 yanvar 2025 18:57 (UTC +04:00)

Azərbaycan onu Monako Knyazlığına təhvil verdi

Monako Knyazlığının hüquq mühafizə orqanlarının iqtisadi sahədə cinayətlər törətməkdə təqsirləndirərək beynəlxalq axtarışa elan etdiyi 34 yaşlı Hindistan vətəndaşı Rathore Devanshunun verilməsinə dair Monako Knyazlığının səlahiyyətli orqanının vəsatətinə baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin şəxs 2024-cü ilin iyun ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Monako Knyazlığının səlahiyyətli orqanlarına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 933
avatar

Ləman Sərraf

Oxşar yazılar