Binanı sökən şirkət intihara cəhd edən qadınla RAZILAŞDI
08 yanvar 2025 14:22 (UTC +04:00)

Binanı sökən şirkət intihara cəhd edən qadınla RAZILAŞDI

Bakıda bu gün evinin sökülməsi ilə bağlı ona tıklif edilən kompensasiyaya etiraz edən xanımın intihara cəhd etməsi barədə xəbər vermişdik. 

Sözügedən binanı sökən şirkət məsələyə münasibət bildirib.

"Gold Məkan" MTK-dan Lent.az-a bildirilib ki,  tikinti ərazisindəki sakinlərlə qarşılıqlı razılaşma əldə olunaraq müvəqqəti kirayə haqları ödənilməklə və yeni mənzillə təmin edilməklə köçürülmə işləri aparılıb.

Adıçəkilən sakin isə şirkət tərəfindən təklif olunan şərtlərlə razılaşmadığı üçün belə bir hal baş verib.

Hal-hazırda həmin sakinlə qarşılıqlı razılıq əldə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2169
avatar

Oxşar yazılar