Karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirir.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, paytaxtın hər bir nöqtəsində, eləcə də respublikanın digər iri şəhərləri ilə yanaşı, bölgələrdə də xidmətə cəlb olunan polis və daxili qoşunların hərbi qulluqçuları karantin qaydalarına əməl olunmasına nəzarəti daha da gücləndirib. Müvafiq icazələri olmadan yaşayış yerini tərk edənlər təyin edilən postlarla yanaşı, polis və hərbi qulluqçulardan ibarət mobil qruplar vasitəsi ilə də müəyyən edilir. Həmin şəxslər polisin xəbərdarlıqlarına əməl etmədikləri təqdirdə barələrində yerindəcə inzibati protokollar tərtib olunur.