Bakının havasında dəm qazının miqdarı normadan 1,5 dəfə yüksək olub
10 mart 2023 04:57 (UTC +04:00)

Bakının havasında dəm qazının miqdarı normadan 1,5 dəfə yüksək olub

1

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, ötən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı normadan 1,5, Gəncə şəhərində azot-4 oksidin miqdarı isə 1,1 dəfə yüksək olub.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1745

Oxşar yazılar