Qanunsuz rayonlararası sərnişindaşıma fəaliyyəti ilə məşğul olan mikroavtobuslar aşkar edilib.
DİN mətbuat xidmətindən Lent .az-a verilən məlumata görə, dekabrın 26-da Bakı-Qazax yolunun 65-ci kilometrliyində karantin rejimi ilə əlaqədar qurulmuş postda Ucar rayon sakini S.Rəhimovun, Tərtər rayon sakini E.Qurbanovun və Tovuz rayon sakini Ə.Məmmədhəsənovun idarə etdikləri “Mercedes” markalı 3 mikroavtobus saxlanılıb.
Araşdırmalarla onların qanunsuz olaraq rayonlararası sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaları müəyyən edilib.
Hər üç sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokollar tərtib edilib.

Bakıdan rayonlara qanunsuz sərnişin daşıyan mikroavtobuslar aşkarlandı
Oxşar yazılar

Cəlilabadda gənc oğlanın meyiti qohumunun evində tapıldı
20 avqust 2025 , 19:23
Bakıda kişi evinin həyətində ölü tapıldı
20 avqust 2025 , 18:39
Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verildi
20 avqust 2025 , 17:54
Polislə intim münasibətdə olan müstəntiq intihar etdi
20 avqust 2025 , 17:12
Bakıda evdən çürümüş meyit tapıldı - YENİLƏNİB
20 avqust 2025 , 17:01
Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI
20 avqust 2025 , 16:50
Bakıda 20 yaşlı oğlan müəmmalı şəkildə öldü
20 avqust 2025 , 16:43