Bakıdakı tıxacların səbəblərindən biri də  yol qəzalarıdır - AÇIQLAMA  -VİDEO
28 aprel 2025 18:10 (UTC +04:00)

Bakıdakı tıxacların səbəblərindən biri də yol qəzalarıdır - AÇIQLAMA -VİDEO

Baş verən yol-nəqliyyat hadisəsi səbəbindən müddəti təxminən 1 saat, uzunluğu isə 800 metr məsafədə nəqliyyat sıxlığı yaranıb.

Lent.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, Bakının yollarında nəqliyyatın ləngiməsinin, sürücülərin əlavə vaxt itkisi ilə qarşılaşmasının əsas səbəblərindən biri də yollarda qəzaların baş verməsidir.

"Xüsusilə də maddi zərərlə nəticələnən belə qəzalar səbəbindən dəqiqələrlə yollarda nəqliyyat sıxlığı yaranır.

Nəsələn, Sabunçu rayonu, Aeroport şosesində qeydə alınan bu qəza zamanı da mərkəz istiqamətində müddəti təxminən 1 saat çəkən nəqliyyat sıxlığı yaranıb", - Ömər Xıdırov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 280

Oxşar yazılar