Bakıdakı silahlı hücumu törədənlər  "Tarqovı"da gizlənibmiş   - FOTO
04 mart 2023 22:18 (UTC +04:00)

Bakıdakı silahlı hücumu törədənlər "Tarqovı"da gizlənibmiş - FOTO

0

Xəbər verildiyi kimi martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri- 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilmişdir.

O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərmişdir.

Görülmüş tədbirlərlə o, zərərsizləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.

Səlcuq Elçin

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8641

Oxşar yazılar