Lent.az-ın əməkdaşı hadisənin baş verdiyi otaqın fotolarını çəkib. Məlumata görə, onlar zirzəmidə yatırmışlar:
Badamdarda 5 nəfərin öldüyü otaq
Badamdarda 5 nəfərin öldüyü otaq
Badamdarda 5 nəfərin öldüyü otaq
Bundan başqa, məlum olub ki, dəm qazı qızdırıcıdan (kombi) sızıb. Ev sahibləri isə təmir işləri ilə əlaqədər uzun müddətdir ki, "Sulutəpə" qəsəbəsində qalırlarmış.
15:28
Badamdar qəsəbəsində baş verən faciənin bəzi detallarlı məlum olub.
Lent.az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, hüquq mühafizə orqanları nümayəndələrinin ilknin ehtimalına əsasən, faciəyə səbəb dəm qazından zəhərlənmə olub.
Vəfat edən şəxslər Şəmkir rayon sakini olan Allahverdiyev qardaşları və Beyləqan rayon sakini Əliyev qardaşlarıdır. Onların ataları Birinci Qarabağ müharibəsinin iştirakçısı və dost olublar. Lətif Əliyev Texniki Universitetin tələbəsidir.
Vəfat edən Natiq Səfərov isə Beyləqan rayon sakini olub və həmin evdə usta kimi çalışırmış.
Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır.
Meyitlər yoxlama üçün məhkəmə-tibbi ekspertizasının yerli şöbəsinə aparılıb.
***
14:14
Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivindəki fərdi yaşayış evlərindən birində 5 nəfərin meyiti tapılıb.
Lent.az xəbər verir ki, meyitlər bu gün tapılıb. Bunlar 16 yaşlı Atilla Rəşad oğlu Əliyev, 17 yaşlı Lətif Rəşad oğlu Əliyev, 21 yaşlı İnkişaf İdris oğlu Allahverdiyev, 24 yaşlı Şakir İdris oğlu Allahverdiyev və 46 yaşlı Natiq Faiq oğlu Səfərovdur.
Hadisə yerinə təcili tibbi yardım çağırılıb, lakin təcili yardım briqadası hadisə yerinə çatanda həmin şəxslərin artıq öldüyünü təsbit edib. Ölümün nə vaxt baş verdiyi və səbəbləri məlum deyil.
Müvafiq ekspertizalar təyin edilib. Səbail rayon prokurorluğundan faktı təsdiqləyib bildirdilər ki, müstəntiqlər hadisə yerindədir, araşdırmalar aparılır və günün sonunda məlumat yayılacaq. /virtualaz.org