Bakıda zavodun tikinti alətləri oğurlandı
21 fevral 2024 14:09 (UTC +04:00)

Bakıda zavodun tikinti alətləri oğurlandı

Bakıda zavoddan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayonu ərazisində yerləşən zavodlardan birinin həyətindən 2000 manat dəyərində qaynaq aparatı, 2 ədəd mühərrik, 5 ədəd generator, boru və 2 ədəd akkumulyator oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Aqşin Alıyev saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2952
avatar

Oxşar yazılar