Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə gecə saatlarında Nizami rayonunda yerləşən zavodlardan birində baş verib.
Orada işləyən 49 yaşlı Əhmədov Azər Əlibala oğlu özünü asıb.
İntiharın hansı səbəbdən baş verməsi bilinmir.
Araşdırma aparılır.