Oğurlanan hissələr
18 yanvar 2023 12:17 (UTC +04:00)

Oğurlanan hissələr

Bakıda yük maşınlarının akkumulyatorları oğurlandı - VİDEO

0

Bakıda yük avtomobillərinin akkumulyatorları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Samid Abdullayev və Elnur Ağayev tutulublar.

Onların Zabrat, Sabunçu və Balaxanı qəsəbələrində yük avtomobillərinin əsasən akkumlyatorlarını oğurladıqları məlum olub. Həmin şəxslər oğurladıqları akkumlyatorları metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.

Faktlarla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1814

Oxşar yazılar