Yasamalda 12 yaşlı uşaq boğulan göl
13 iyun 2021 20:17 (UTC +04:00)

Yasamalda 12 yaşlı uşaq boğulan göl

Bakıda göldə boğulan yeniyetmənin kimliyi məlum oldu - YENİLƏNİB

Göldə boğularaq ölən şəxsin kimliyi məlum olub.

Məhkəmə və tibbi ekspertizanın araşdırması nəticəsində məlum olub ki, Yasamal rayonunda göldə boğulan şəxs 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğludur.

Qeyd edilib ki, E.Novruzov həmyaşıdları ilə birgə göldə çimən zaman boğulub.

***

18:11

***

18:16

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə batan yeniyetmə ilə bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadın verdiyi məlumata görə, 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun axtarışları başa çatıb.

E.Novruzovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

saat 17.19

Bakı şəhəri, Yasamal rayonunda göldə 15 yaşlı oğlan boğulub.

APA xəbər verir ki, hadisə Yasamal parkının yaxınlığındakı göldə qeydə alınıb.

Onun meyiti sudan çıxarılaraq morqa təhvil verilib.

# 4914
avatar

Oxşar yazılar