Bakıda yaşayış evinin qarşısında ZƏNCİRVARİ QƏZA  -FOTO
02 noyabr 2023 02:56 (UTC +04:00)

Bakıda yaşayış evinin qarşısında ZƏNCİRVARİ QƏZA -FOTO

0

Bakının Xətai rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Süleyman Əhmədov küçəsində qeydə alınıb. Belə ki, idarəetməni itirən "Volkswagen" markalı minik avtomobilinin sürücüsü maşını əvvəlcə dayanmış vəziyyətdə olan "Kia"ya, daha sonra fərdi yaşayış evinin darvazasına çırpıb. "Kia" markalı minik maşını isə zərbənin təsirindən "Toyota Prius" markalı avtomobilə çırpılıb. 

Əraziyə polis əməkdaşları cəlb edilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4011

Oxşar yazılar