Bakıda yaşayış binasında yanğın olub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 131 m² olan 3 otaqlı mənzilin eyvanı 4 m² sahədə, kondisioner və kombi avadanlığı yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın nəticəsində xəsarət alan olmayıb.