Bakıda yanğın:  1 nəfər tüstüdən zəhərləndi
16 oktyabr 2021 09:04 (UTC +04:00)

Bakıda yanğın: 1 nəfər tüstüdən zəhərləndi

Bakıda mənzildə yanğın olub.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 100 m² olan mənzilin yanar konstruksiyaları 40 m² sahədə və bitişik, ümumi sahəsi 10 m² olan mağazanın yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1140
avatar

Oxşar yazılar