Bakıda və Xaçmazda ev yanıb.
Lent.az FHN-in saytına istinadla bildirir ki, Qaradağ rayonunda ümumi sahəsi 66 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Xaçmazın Köhnə Xudat kəndində isə ümumi sahəsi 120 m² olan (hər mərtəbəsi 60 m²) ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.