Bakının Sabunçu rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb.
Lent.az FHN-in saytına istinadla xəbər verir ki, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 16 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub;
Cəlilabad rayonunun Uzuntəpə kəndində isə ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın söndürülüb.