Bakıda valyuta dəyişdirmə məntəqəsi işlədənlər tutuldu -  SƏBƏB
11 yanvar 2021 14:18 (UTC +04:00)

Bakıda valyuta dəyişdirmə məntəqəsi işlədənlər tutuldu - SƏBƏB

Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxslərin əməlləri ifşa edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Nuhiyev Qalib Pirməmməd oğlunun qanunsuz sahibkarlıq fəaliyyəti göstərməsi barədə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.1 (xeyli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri ilə Qalib Nuhiyevin 2019-cu ilin dekabr ayından Xudaverdiyev Eltac Həsən oğlundan icarəyə götürdüyü Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti 110 ünvanında yerləşən qeyri-yaşayış sahəsində qanunvericiliyin tələblərini pozaraq Eltac Xudaverdiyevlə birgə müvafiq dövlət qurumlarından icazə almadan və xüsusi lisenziya əldə etmədən gizli şəkildə müxtəlif xarici valyuta əskinaslarının alqı-satqısı fəaliyyəti ilə məşğul olmalarına və bu yolla 60 min manat məbləğində gəlir əldə etmələrinə əsaslı şübhələr yaranıb.
Bununla əlaqədar, məhkəmə qərarı əsasında valyuta dəyişmə məntəqəsinə texniki vasitələrdən istifadə etməklə həyata keçirilmiş baxış zamanı külli miqdarda müxtəlif məbləğlərdə yerli və xarici valyutalar, həmçinin pul vəsaitinin dövriyyəsinə dair qeyd dəftərləri və kompüterlər aşkar edilərək götürülüb.

Bu il yanvarın 10-da Qalib Nuhiyev və Elçin Xudaverdiyev şübhəli şəxs qismində tutulublar.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər  davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3924
avatar

Mehman Nəbiyev

Oxşar yazılar