Bakıda usta FACİƏVİ  şəkildə öldü
30 sentyabr 2022 10:05 (UTC +04:00)

Bakıda usta FACİƏVİ şəkildə öldü

Bakıda usta bədbəxt hadisənin qurbanı olub.

Binəqədi rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, sentyabrın 29-u saat 15 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində 38 yaşlı Xəqani Əzizovun ölməsi barədə rayon prokurorluğuna məlumat  daxil olmuşdur.

Araşdırmalarla müəyyən edilib ki, Xəqani Əzizov usta kimi işlədiyi “Biləcəri daş bazarı” adlanan yerdə yerləşən taxta sexinin çardağında örtük quraşdırma işlərini yerinə yetirərəkən elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanının təsirindən ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

# 2616
avatar

Oxşar yazılar