Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlıya şiddət göstərməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.
Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
Qeyd edək ki, hadisə baş verən özəl uşaq bağçasının Nizami rayonu ərazisində yerləşdiyi bildirilir.