Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 6 yaşlı uşaq ağır xəsarət alıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirin Mirzəyev küçəsində baş verib.
2016-ci il təvəllüdlü Həşimov Əli Səfai oğlunu anası xəstəxanaya müayinə üçün apararkən o valideynin əlini buraxaraq qəfil yola çıxıb. Bu zaman onu minik avtomobili vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.