Bakıda üçmərtəbəli evdə yanğın olub.
Lent.az FHN-in saytına istinadla xəbər verir ki, Binəqədi rayonunda ümumi sahəsi 228 m² olan üçmərtəbəli evin birinci mərtəbəsində 3 ədəd məişət avadanlığı və mətbəx mebeli 3 p.m yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 1 m² sahədə qarsalanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.