Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 100 m²) olan üçmərtəbəli mansarda tipli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları, ev əşyaları 40 m² sahədə və mansardasının yanar konstruksiyaları 100 m² sahədə yanıb.
Lent.as-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.