Bakıda üç avtomobil toqquşdu  ağır   xəsarət alanlar var - FOTO
17 mart 2022 00:22 (UTC +04:00)

Bakıda üç avtomobil toqquşdu ağır xəsarət alanlar var - FOTO

0

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Lent.ax APA-ya istinadən xəbər verir ki, hadisə Həsən Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

“BMW” markalı nəqliyyat vasitəsi kəsişmədən keçərkən “Toyota” və “Mitsubishi” markalı avtomobillərə çırpılıb. Toqquşma zamanı “BMW” aşıb.

Hadisə nəticəsində aşan avtomobilin sürücüsü ağır xəsarət alaraq avtomobildə sıxılı vəziyyətdə qalıb.

Buna görə, əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Sürücü deformasiya olmuş avtomobildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilib.

Bundan başqa “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü də xəstəxanaya çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1991

Oxşar yazılar