Bakıda inşa edilən binadan oğurluq olub.
DİN mətbuat xidmətindən
Lent.az-a verilən xəbərə görə, dekabrın 17-də Xətai rayonu ərazisində inşa edilən inzibati binaların birindən 26.248 manat dəyərində elektrik naqili oğurlanıb.
Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağdam rayon sakinləri İ.Kamalzadə və F.Quliyev saxlanılıblar.