Bakıdakı ticarət mərkəzlərinin birində dava olub.
Lent.az-ın əldə etdiyi məlumatına görə, polisə ərizə ilə müraciət edən Ayxan Mahmudlu Bakının mərkəzində yerləşən ticarət mərkəzindəki mağazaların birində tanımadığı mühafizəçinin onu döydüyünü bildirib.
Daxil olan şikayət əsasında Nəsimi rayon Polis İdarəsində araşdırmalara başlanılıb.