Bakıda təkər sexində PARTLAYIŞ:  ölən var - YENİLƏNİB
04 mart 2023 15:07 (UTC +04:00)

Bakıda təkər sexində PARTLAYIŞ: ölən var - YENİLƏNİB

0

Martın 4-ü saat 10 radələrində Binəqədi rayonu ərazisində yerləşən təkər təmiri sexində 41 yaşlı  Pərviz Dadaşovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, hadisənin hava təzyiqi işləyən cihazın partlaması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***
Saat: 14:44

Bakının Binəqədi rayonunda təkərdoldurma məntəqəsində partlayış baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi şosesində qeydə alınıb.

Belə ki, qaz balonunun partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3984

Oxşar yazılar