Bakıda güllələnən şəxslərin vəziyyəti açıqlanıb.
TƏBİB-dən Lent.az-a verilən məlumata görə, 16.10.2025-ci il tarixində saat 07:00 radələrində xəsarət alması səbəbilə 1995-ci il təvəllüdlü 2 nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlardan birinə sol budun sınığı, digərinə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Travmatologiya şöbəsində davam etdirilir.
Onlardan birinin vəziyyəti stabil, digərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
***
saat 09:33
Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələlənib.
Lent.az “Bakupost”a istinadən xəbər verir ki, bu gecə baş verən silahlı insident zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər xəsarət alıblar.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.
Hadisənin motivləri və təfərrüatı araşdırılır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq başladılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri görülür.