Bakıda sığınacaqdan itkin düşən yeniyetmə qız tapılıb.
Bu barədə Lent.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, 17 yaşlı Lalə Quliyeva öz evinə getmək üçün sığınacaqdan çıxıb:
"O, öz evinə getmək istəyirdi. Buna görə sığınacaqdan gizli çıxmışdı. Amma artıq tapılıb. Özü geri qayıdıb. Başa düşüb ki, evdə onu gözləyən heç kim yoxdu".
***
09:09
Bakıda yeniyetmə qız itkin düşüb.
Lent.az-ın məlumatına görə, Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yaşayan 17 yaşlı Lalə Bəxtiyar qızı Quliyeva fevralın 7-i saat 7 radələrində oradan çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.